Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək

Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək
  • Clock-gray 07:00
  • calendar-gray 04 İyul 2020

Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar səbəbindən Kumamoto prefekturasında 145 min nəfərin təxliyəsi elan edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Kaqosima və Kumamoto prefekturalarının bəzi yerlərində yağışlar səbəbindən təhlükənin beşinci, ən yüksək səviyyəsi elan edilib. Bu səviyyə yerli əhali üçün “canınızı qurtarın!” siqnalını verir. Kumamoto prefekturasında 80 min sakinin təcili təxliyə edilməsi göstərişi verilib, daha 65 min nəfərin təxliyəsi isə tövsiyə edilib.

Hələlik yağıntılar nəticəsində zərərçəkənlər barədə məlumat verilməyib.

apa-logo-mini

Digər xəbərlər