Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub

Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
# 12 sentyabr 2020 08:36 (UTC +04:00)

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin meteoroloji idarəsindən bildirilib.

Yeraltı təkanların episentri Miyaqi prefekturası sahillərində, Sakit Okeanda, ocağı isə okean dibinin təxminən 40 km dərinliyində yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Yeraltı təkanlar ölkənin şimal-şərqində və şərqində, o həmçinin paytaxt Tokioda hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR