Yaponiyada helikopter qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb

Yaponiyada helikopter qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb
# 24 mart 2021 08:28 (UTC +04:00)

Yaponiyada martın 23-də baş verən helikopter qəzasındaya xəsarət alanların sayı altı nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Yaralılardan pilot da daxil olmaqla, 4-nün vəziyyəti ağırdır. Onlara bud və onurğa sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar Yaponiya Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi istintaqa başlayıb.

Qeyd edək ki, helikopter qəzası ötən gün axşam Yaponiyanın mərkəzi hissəsində - Naqano prefekturasında baş vermişdi. İlkin olaraq yalnız pilotun yaralandığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR