Yaponiyada koronavirusa qarşı tətbiq edilmiş məhdudiyyətlər yumşaldılıb

Yaponiyada koronavirusa qarşı tətbiq edilmiş məhdudiyyətlər yumşaldılıb
  • Clock-gray 08:20
  • calendar-gray 22 Mart 2021

Yaponiyada koronavirusa qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimi nisbətən yumşaldılıb.

APA TASS-a isinadən xəbər verir ki, ölkədə restoran və barların işinin tənzimlənməsi istiqamətində addımlar atılıb. 

Qeyd edilib ki, fövqəladə vəziyyətin qüvvədə olduğu dövrlərdə iaşə obyektləri saat 20:00-da bağlanmalı, bir saat əvvəl isə kafe və restoranlarda spirtli içki satışı dayandırılmalı idi. Artıq bu məhdudiyyətin vaxtı bir saat artırılıb. 

Bütün bunlara baxmayaraq, ölkə vətəndaşlarına zərurət olmadıqda evi tərk etməmək tövsiyə edilib. İşçi qüvvələrinə isə evdən işləmək məsləhət görülüb.

 

apa-logo-mini

Digər xəbərlər