Yaponiyada koronavirusa yoluxanların sayı 10816 nəfərə çatıb

Yaponiyada koronavirusa yoluxanların sayı 10816 nəfərə çatıb
# 18 aprel 2020 14:54 (UTC +04:00)

Şənbə günü Yaponiyada 255 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunlardan 181-i Tokioda baş verib.

Ümumilikdə Yaponiyada COVİD-19-a yoluxanların sayı 10 min 816 nəfər təşkil edir. Bura fevral ayında Yaponiya sahillərində karantinə dayanan “Diamin Princess” kruizində virusa yoluxmuş 712 nəfər də aiddir.

Ölkədə 222 nəfər koronavirusdan vəfat edib, 1657 nəfər isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR