Yaponiyada quş qripi yayılıb

Yaponiyada quş qripi yayılıb
  • Clock-gray 09:07
  • calendar-gray 13 Dekabr 2020

Yaponiyanın Siqa əyalətində quş qripi aşkarlanıb.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da bu il quş qripi aşkarlanan əyalətlərin sayı 10-a çatıb.

Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıq Ovu Nazirliyi bu gün quş qripi probleminə həsr olunmuş iclas keçirib və Siqa əyalətinə quş qripi ilə mübarizədə dəstək veriləcəyini açıqlayıb.

Bundan əvvəl Kaqava, Miyadzaki, Nara, Fukuoka, Xyoqo, Oita, Xirosima, Vakayama və Okayama əyalətlərində quş qripi aşkarlanıb. Bununla əlaqədar 2,5 milyondan çox toyuq məhv edilib.

apa-logo-mini

Digər xəbərlər