Yaponiyada tənha insanları müəyyənləşdirmək üçün siyahıyaalma aparılacaq

Yaponiyada tənha insanları müəyyənləşdirmək üçün siyahıyaalma aparılacaq
# 16 fevral 2021 08:20 (UTC +04:00)

Yaponiya hökuməti tənhalara kömək məqsədilə onların dəqiq sayını təyin etmək üçün ümummilli siyahıyaalma keçirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə ölkənin Regional İnkişaf naziri Tetsuşi Sakamoto açıqlamasında bildirib.

Nazir əlavə edib ki, siyahıyaalmanın bu həftə ərzində reallaşması planlaşdırılır. İlk növbədə bunun üçün, təxminən 10 nəfərdən ibarət komissiya yaradılacaq.

Qeyd edək ki, siyahıyaalmada yalnız ayrı və ailəsiz yaşayan insanlara aid deyil. Məqsəd xüsusilə gənclər arasında intihara səbəb olan emosional tənhalıq problemlərinin çözülməsidir.

Bu problemin pandemiya dövründə kəskin xarakter aldığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR