Yaponiyanın şimalında daşqınlar nəticəsində 500-dək ev su altında qalıb

Yaponiyanın şimalında daşqınlar nəticəsində 500-dək ev su altında qalıb
# 30 iyul 2020 08:11 (UTC +04:00)

Yaponiyanın Honsü adasının Yamaqata prefekturasında leysan yağışları çayların daşmasına səbəb olub, nəticədə bir neçə yaşayış məntəqələri su altında qalıb.

APA xəbər verir ki, bu barədə ölkənin İctimai televiziyası məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində ümumilikdə Moqami çayı yaxınlığında olan 500-ə yaxın evi su basıb. Evlərin sakinlərini vaxtında təxliyə etmək mümkün olub, heç kim xəsarət almayıb. Təxliyə məntəqələrində hələ də yüzlərlə adam var.

Daşqınlar prefekturanın bir neçə bölgəsində su təchizatını da iflic edib. Bu səbəbdən 15-dək xəstəxana və qocalar evi susuz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR