Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb - YENİLƏNİB-1

Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb - YENİLƏNİB-1
# 19 yanvar 2020 20:35 (UTC +04:00)

“Ənsar Allah” hərəkatının (husilər) qüvvələri tərəfindən Yəmən ordusunun təlim düşərgəsinə atılmış raket zərbələri nəticəsində 100 hərbçi ölüb.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən XİN-ə istinadən məlumat yayıb.

Bundan əvvəl 80 nəfərin öldüyü, 150 nəfərin yaralandığı deyilirdi. Məlumata görə, husilərin hədəfi Yəmən ordusunun 4-cü alayının təlim düşərgəsi ərazisində yerləşən məscid olub.

***

Saat 14:01

Yəmən ordusunun Mareb əyalətindəki təlim düşərgəsinin qiyamçı “Ənsar Allah” hərəkatı tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 80 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın xəbərində əsas hədəfin düşərgədəki məscid olduğu qeyd edilib.

***

Saat 02:42

Yəmənin şimal-şərqində Marib əyalətində hərbi kazarmya raket zərbəsi endirilib.

APA-nın "RİA Novosti"yə isitnadən verdiyi xəbərə görə, hadisə nəticəsində 24 hərbçi ölüb, 20 nəfər yaralanıb.

Mərminin ballistik raket olduğu iddia edilir.

Bölgədə fəal olan “Ənsar Allah” hərəkatı məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR