Yəməndə husi üsyançıları Marib və Hodeyda şəhərlərini atəşə tutub

Yəməndə husi üsyançıları Marib və Hodeyda şəhərlərini atəşə tutub
# 09 aprel 2020 08:18 (UTC +04:00)

Yəməndə üsyançı “Ənsar Allah” hərəkatının silahlıları (husilər) Marib və Hodeyda şəhərlərinə raket zərbələri endirib.

APA xəbər verir ki, bu barədə Səudiyyə ərəbistanının “Al Riyadh” qəzeti İnformasiya naziri Yəmən Müəmmər əl-İryaniyə istinadən bildirib.

Onun sözlərinə görə, husilər Əl-Cəvf əyalətindəki hərbi düşərgəyə nəzarəti bərpa etməyə cəhd göstəriblər. Nazir üsyançıların hərəkətlərini iki həftə ərzində Yəməndə atəşkəs barədə qondarma ərəb alyansının elan olunması ilə əlaqələndirib.

Al Arabiya televiziya kanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya komandanlığının rəsmi nümayəndəsi polkovnik Turki əl-Maliki alyansın yeni növ koronavirusla mübarizə şərait yaratmaq üçün Yəməndəki hərbi əməliyyatları iki həftə müddətinə dayandırdığını bildirib. Atəşkəs rejimi cümə axşamı günorta saatlarında qüvvəyə minir və daha da uzadıla bilər.

Əl-Maliki BMT Baş katibinin pandemiya ilə mübarizə üçün bütün hərbi əməliyyatların dayandırılmasına dair çağırışına cavab olaraq belə bir qərar verildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR