Yəməndə husilərin hücumu nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb

Yəməndə husilərin hücumu nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb
# 02 yanvar 2021 05:41 (UTC +04:00)

Yəmənin Hodeyda şəhərində “Ənsar Allah” üsyançı hərəkatının (husilər) tərəfdarlarının hücumu nəticəsində azı beş nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabiya” telekanalı məlumat yayıb.

“Hodeydanın cənubunda husilərin atəşə tutması nəticəsində beş qadın öldürülüb, üçü uşaq olmaqla, daha yeddi nəfər də yaralanıb”, - məlumatda belə deyilir.

Telekanal hücumla bağlı digər detallara toxunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR