Yəməndə naməlum şəxs məsciddə atəş açıb, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Yəməndə naməlum şəxs məsciddə atəş açıb, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
  • Clock-gray 21:48
  • calendar-gray 14 Yanvar 2020

 

Çərşənbə axşamı Yəmənin cənubunda Abyan əyalətinin Lurd rayonundakı məsciddə naməlum şəxs ibadət edən insanlara atəş açıb. 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Atəş nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Telekanalın xəbərinə görə, ölənlər arasında məscidin imamı və qatilin atası da var. Cinayətkarın əqli cəhətdən xəstə olduğu iddia edilir. 

Yaranan təşvişdən sonra atəş açan şəxs hadisə yerindən qaçıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date