ABŞ hərbçiləri yenidən İraqdan Suriyaya qayıdıblar

ABŞ hərbçiləri yenidən İraqdan Suriyaya qayıdıblar
  • Clock-gray 16:30
  • calendar-gray 26 Oktyabr 2019

Amerikalı hərbçilər yenidən İraqdan Suriyanın şimal-şərq hissəsinə qayıdıblar.

APA-nın xəbərinə görə, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

"ABŞ işğalçı ordusunun hissələri İraqdan Suriyanın Haseke əyalətinə keçib. Qeyri-qanuni sərhəd keçid məntəqəsi olan əl-Validdən keçən onlarla hərbçi və hərbi texnikanı vertolyotlar müşayiət edib", - Syria TV-nin məlumatında bildirilir.

Qeyd edək ki, ABŞ müttəfiqləri ilə birgə 2014-cü ildən Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparır. ABŞ hərbi qüvvələri Suriyanın şimal-şərqini oktyabrın 9-da Türkiyə bu ərazidə YPG/PKK terrorçularına qarşı "Barış bulağı" əməliyyatı aparmağa başlayanda tərk edərək İraqa keçmişdi.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date