ABŞ-ın İsraildəki səfiri: İsrailin İordon çayının qərb sahilini ilhaq edə bilər

ABŞ-ın İsraildəki səfiri: İsrailin İordon çayının qərb sahilini ilhaq edə bilər
# 09 iyun 2019 10:12 (UTC +04:00)

ABŞ-ın İsraildəki səfiri Devid Fridman İsrailin İordon çayının qərb sahilini özündə saxlamaq hüququna malik olduğunu bəyan edib.

APA-nın "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, D. Fridman İsrailin İordon çayının qərb sahilini ilhaq edəcəyi halda Vaşinqtonun reaksiyasının necə olacağına aydınlıq gətirməyib.

Səfirin bəyanatı Tramp administrasiyasının Yaxın Şərqdə münaqişənin tənzimlənməsi üzrə plan hazırladığı dövrə təsadüf edir. Rəsmi Vaşinqton hələ sənədi açıqlayacağı tarixi elan etməyib. Fələstin liderləri ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və 2017-ci ilin dekabrında İsrailin paytaxtının Təl-Əvivdən Qüdsə köçürüləcəyini elan etməsindən sonra ABŞ hakimiyyəti ilə danışıqlar aparılmasının əleyhinə çıxış edirlər.

Fələstin Azadlıq Təşkilatı və HƏMAS D. Fridmanın bəyanatına sərt reaksiya verib. Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Erekat İsrailin bu addımının hərbi cinayət olacağını bildirib.

Xatırladaq ki, bu il apreldə İsrail parlamentinə seçkilər dönəmində baş nazir Binyamin Netenyahu İordan çayının qərbində 400 min yəhudinin məskunlaşdığı ərazinin ilhaq edilməsinin mümkünlüyünü nəzərdən keçirdiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR