ABŞ Suriyada kürd terrorçularını Türkiyə ordusundan qorumayacaq

ABŞ Suriyada kürd terrorçularını Türkiyə ordusundan qorumayacaq
# 07 oktyabr 2019 13:08 (UTC +04:00)

ABŞ daha Suriyada kürd terrorçularını Türk Silahlı Qüvvələrindən qorumayacaq.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə hələlik adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Bu gün ABŞ Suriyanın şimalında - Tel Əbyad və Ras əl-Ayn yaşayış məntəqələrində yerləşən iki müşahidə məntəqəsindən qoşunlarını təxliyə edib.

Qeyd edək ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR