ABŞ və “Taliban” arasında danışıqların 8-ci raundu başa çatıb

ABŞ və “Taliban” arasında danışıqların 8-ci raundu başa çatıb
# 12 avqust 2019 11:20 (UTC +04:00)

ABŞ və “Taliban” hərəkatı arasında danışıqların 8-ci raundu başa çatıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə “Taliban”ın nümayəndəsi Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, danışıqlar uzun və səmərəli olub, hər iki tərəf gələcək addımlarla bağlı öz liderləri və rəhbərləri ilə məsləhətləşmək qərarına gəlib.

Qeyd edək ki, ABŞ və “Taliban” arasında danışıqların 8-ci raundu avqustun 3-də Qətərin paytaxtı Doha şəhərində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR