Bağdadda etirazlar zamanı polislə qarşıdurmalarda 300-dən çox adam yaralanıb

Bağdadda etirazlar zamanı polislə qarşıdurmalarda 300-dən çox adam yaralanıb
# 02 oktyabr 2019 02:05 (UTC +04:00)

Bağdadda polislə qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” İraqın güc strukturlarına istinadən məlumat yayıb.

Məlumata görə, iğtişaşlarda 286 etirazçı və təhlükəsizlik qüvvələrindən 30 nəfər müxtəlif dərəcəli travmalar və xəsarətlər alıb. Buna qədər 3 nəfərin öldüyü barədə də məlumat verilib.

Qeyd edək ki, yüzlərlə paytaxt sakini yaşayış şəraitinin pisləşməsinə, işsizliyə və korrupsiyaya etiraz olaraq günortadan sonra İraq paytaxtının mərkəzindəki Təhrir meydanına toplaşıb və hökumətin istefasını tələb ediblər. Polislərin əvvəlcə su şırnaqları vasitəsilə etirazçıları dağıtmağa, sonra onların xarici səfirlik və hökumət idarələrinin yerləşdiyi “yaşıl zona”ya aparan Əl-Cümhuriyə körpüsündən keçməsinə mane olmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə başlamasından qısa müddət sonra dinc yürüşlər polis əməkdaşları ilə toqquşmalara çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR