Bağdadda polis etirazçılara atəş açıb, 4 nəfər ölüb

Bağdadda polis etirazçılara atəş açıb, 4 nəfər ölüb
# 07 noyabr 2019 15:46 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda polis etirazçıları dağıtmaq üçün atəş açıb, ölənlər var.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Bağdadda polisin açdığı atəş nəticəsində 4 nəfər ölüb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən ölkədə yaşayış şəraitinin pisləşməsi, artan işsizlik və korrupsiyaya qarşı etirazlar başlayıb. Bağdadda, eləcə də cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edir. Parlamentin İnsan Haqları Komitəsinin hesabatına görə, ölkədəki iğtişaşlar nəticəsində oktyabr ayı ərzində 250-dən çox insan ölüb, 11 min insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR