Bağdadın cənubunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 30-dək yaralı var - YENİLƏNİB

Bağdadın cənubunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 30-dək yaralı var - YENİLƏNİB
  • Clock-gray 03:40
  • calendar-gray 13 Avqust 2019

Bağdadın cənubunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, daha 29 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bundan əvvəl “Al-Sumaria” telekanalı İraqın Səhiyyə Nazirliyinə istinadən 13 nəfərin xəsarət aldığı barədə xəbər vermişdi.

Güclü partlayış Ed-Dora rayonunda yerləşən hərbi bazada köhnə silah-sursatın məhv edilməsi nəticəsində meydana gəlib. Bu zaman bir neçə mərmi paytaxtın cənubuna düşüb.

Bundan dərhal sonra Bağdadın mərkəzində xüsusi qaydada mühafizə olunan “yaşıl zona”da yerləşən ABŞ səfirliyində həyəcan siqnalı verilib və yaxınlıqda bir neçə mərminin partladığı bildirilib.

***

Saat 23:04

Bağdadın cənub rayonlarının birində baş vermiş partlayış nəticəsində azı 13 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bütün yaralıların xəsarətləri yüngül dərəcəlidir.

Güclü partlayış Ed-Dora rayonundakı hərbi bazada köhnə sursatların məhv edilməsi zamanı baş verib. Nəticədə bir neçə mərmi paytaxtın cənubuna düşüb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date