Banqladeşdə iki sərnişin qatarı toqquşub, 16 nəfər ölüb, 50 nəfər yaralanıb

Banqladeşdə iki sərnişin qatarı toqquşub, 16 nəfər ölüb, 50 nəfər yaralanıb
# 12 noyabr 2019 11:41 (UTC +04:00)

Banqladeşdə iki qatar toqquşub.

APA-nın "bdnews24" internet nəşrinə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, sərnişin qatarlarının üzbəüz toqquşması nəticəsində 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qəza noyabrın 12-də səhər Çittaqonq vilayətinin Brahambariya dairəsindəki dəmiryolu stansiyasına baş verib.

İlkin məlumata görə, qatarlardan birinin maşinisti qarşıdan şəhərlərarası sərnişin qatarının yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb, nəticədə toqquşma baş verib.

Qəza yerinə təcili yardım, polis və Banqladeşin dəmiryolu naziri gəlib.

Hadisənin araşdırılması ilə xüsusi istintaq qrupu məşğuldur.

Xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR