"Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatıb

"Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 415-ə çatıb
# 12 oktyabr 2019 08:55 (UTC +04:00)

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 399 terrorçunun məhv edildiyi deyilirdi.

“Fərat çayının şərqinə doğru “Barış bulağı” əməliyyatı gecə boyunca uğurla davam etdirilib. PKK, PYD/YPG terrorçularına aid mövqelərə havadan və qurudan zərbələr endirilib. Beləcə ümumilikdə 415 PKK/PYD terrorçusu məhv edilib”, - məlumatda belə deyilir.

***

Saat 01:02

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 399-a çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 342 terrorçunun məhv edildiyi deyilirdi.

“Fərat çayının şərqinə doğru uğurla davam etdirilən “Barış bulağı” əməliyyatı zamanı ümumilikdə 399 PKK/PYD terrorçusu məhv edilib”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR