Baş katib: "S-400-lərə görə Türkiyə NATO-dan çıxarılmayacaq"

Baş katib: "S-400-lərə görə Türkiyə NATO-dan çıxarılmayacaq"
# 18 iyul 2019 10:44 (UTC +04:00)

“S-400-ün əhəmiyyətini azaltmaq istəmirəm, amma NATO üçün Türkiyə S-400-dən daha əhəmiyyətlidir”.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

NATO baş katibinin sözlərinə görə, onlar Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almasını yaxından izləyirlər: “Hansı cür müdafiə sistemi almaq, hər bir ölkənin daxili işidir. Lakin NATO üçün vacib olan odur ki, bu sistemlər bizim sistemlərə uyğun fəaliyyət göstərir, ya yox”.

Y. Stoltenberq Türkiyənin aldığı S-400-lərin NATO-nun hava müdafiə sisteminə inteqrasiya edilməyəcəyini də bəyan edib: “Çünki bunlar birlikdə çalışa bilməz. Həm də Türkiyənin bu məsələdə hər hansı bir tələbi yoxdur”.

Y. Stoltenberq əlavə edib ki, S-400-lərin alınmasından sonra Türkiyənin NATO-dan çıxarılması gündəmdə yoxdur: “Türkiyə NATO üçün vacib müttəfiqdir”.

O qeyd edib ki, NATO-Türkiyə münasibətləri F-35 qırıcılarından daha əhatəlidir.

Qeyd edək ki, Rusiyadan alınan S-400 zenit raket kompleksinin Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.

Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan F-35-lərin çatdırılması ilə uyğun gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR