Benyamin Netanyahu İranı təhdid edib

Benyamin Netanyahu İranı təhdid edib
# 09 iyul 2019 18:48 (UTC +04:00)

İsrailin baş naziri Benyamin Netanyahu İranı yeni F-35 qırıcıları ilə təhdid edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B. Netanyahu bu barədə yeni F-35 qırıcılarının hərbi-hava donanmasını ziyarət edərkən bildirib.

“İran bu yaxınlaradək İsraili məhv edəcəyi ilə hədələyirdi. İran unutmamalıdır ki, bu təyyarələr İran və Suriya da daxil olmaqla, Yaxın Şərqdə istənilən mövqeyə çata bilər”, - İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, İsrail Yaxın Şərqdə 5-ci nəsil F-35 qırıcı təyyarələrin yeganə sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR