Bəşər Əsəd: ”ABŞ Suriya neftini oğurlayır”

Bəşər Əsəd: ”ABŞ Suriya neftini oğurlayır”
  • Clock-gray 15:59
  • calendar-gray 14 Noyabr 2019

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ı başqasının neftində gözü olan nasist rejimi adlandırıb.

APA-nın məlumatına görə, bu fikirləri B. Əsəd “Rossiya 24” telekanalına müsahibəsində “Siz ABŞ-ın Suriya siyasətini quldurluq hesab edirsinizmi” sualına cavabında səsləndirib.

Onun fikrincə, ABŞ siyasi sistemi üçün belə yanaşma tam anlaşılandır. B. Əsəd Birləşmiş Ştatların yalnız neft oğrusu olmadığını deyib: "ABŞ prezidenti dövləti təmsil etmir, o, şirkətin icraçı direktoru funksiyasını yerinə yetirir. Belə direktorun başı üzərində Direktorlar Şurası dayanır, onlar da öz növbəsində, iri şirkətlərin maraqlarına xidmət edirlər. Bu şirkətlər neft, silah istehsalı, bank və digər lobbiçiıiklə məşğul olurlar".

B. Əsəd qeyd edib ki, Birləşmiş Ştatların siyasi sistemi, əslində, klassik mənada dövlət anlayışına ziddir: “ABŞ-da heç bir dövlət mövcud deyil, orada rejim hökm sürür, bu rejim isə ancaq öz maraqlarını düşünür. Burada bir məsələni də xatırlatmaq istərdim. Vaxtilə Hitleri SSRİ-yə hücum etməyə vadar edən əsas amil neft idi. Bu gün eyni quldur siyasətini ABŞ həyata keçirir. Bəziləri əmindirlər ki, neft amili olmasaydı, Hitler Almaniyası SSRİ-yə hücum etməyi ağlından belə keçirməzdi. ABŞ da eyni siyasəti davam etdirir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date