Beyrutda aksiya keçirilib

Beyrutda aksiya keçirilib
# 13 oktyabr 2019 16:05 (UTC +04:00)

Beyrutda Livan Bankları Assosiasiyasının binası qarşısında hökumət əleyhinə aksiya keçrilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada sol hərəkatlar və həmkarlar ittifaqlarının üzvləri iştirak edib.

Aksiyaçılar hökumətin dəyişməsi, islahatlar keçirilməsi və Livan funtunun xilas edilməsi ilə bağlı şüarlar səsləndiriblər. Aksiyada təhlükəsizlik qüvvələri ilə toqquşma qeydə alınmayıb.

Mürəkkəb iqtisadi durumla əlaqədar apreldə yeni dövlət büdcəsinin qəbul edilməsi fonunda iyundan paytaxt və Livanın digər şəhərlərində davamlı kütləvi aksiyalar başlayıb. Həmkarlar ittifaqlarının işçiləri və istefada olan hərbi qulluqçular hökumətin yeni büdcədə dövlət qulluqçularına ödənişlərin azaldılmasını nəzərdə tutmasına etiraz edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR