"Bülbül" qasırğası Hindistan və Banqladeşdə 23 nəfərin ölümünə səbəb olub

 "Bülbül" qasırğası Hindistan və Banqladeşdə 23 nəfərin ölümünə səbəb olub
# 11 noyabr 2019 11:18 (UTC +04:00)

Hindistanda güclü qasırğa ölümə səbəb olub.

APA-nın məlumatına görə, "The Indian Express" qəzeti yazır ki, noyabrın 10-da Hindistan yarımadasının şimal-şərq hissəsində qeydə alınan "Bülbül" qasırğasında 10 nəfər ölüb.

"The Times of India" qəzeti isə Qərbi Benqal və Odişa ştatında 450 min nəfərin qasırğanın təsirinə məruz qaldığı barədə məlumat yayıb. Güclü külək 60 min evə ziyan vurub, 8 balıqçı itkin düşmüş sayılır.

Hazırda siklon gücünü tədricən itirə-itirə şərqə doğru irəliləyir.

Bundan əvvəl "Reuters" agentliyi qasırğa nəticəsində Banqladeşdə 13 nəfər öldüyü barədə məlumat yayıb. "The Indian Express" qəzeti isə yazır ki, Banqladeşdə 36 balıqçı Benqal körfəzində itkin düşüb, güclü küləyin təsirindən 6 minədək ev qismət və ya tam dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR