Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”

Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
  • Clock-gray 15:30
  • calendar-gray 16 Oktyabr 2019

“Bu gün bəzi dövlətlərin Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlardan narahatlığının səbəbini çox yaxşı bilirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bəzi dövlətlər Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər: “Biz bu oyunu pozduq. Başda Fransa olmaqla, bir sıra dövlətlər xəyal qırıqlığına uğrayıblar. Buna görə bizə hücum edirlər”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date