Çavuşoğlu və Zərif Suriya böhranını müzakirə edib

Çavuşoğlu və Zərif Suriya böhranını müzakirə edib
# 08 sentyabr 2019 17:57 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.

Türkiyə Xarici İşlər Nazirliyindən APA-nın Türkiyə bürosuna verilən məlumata görə, tərəflər Suriya böhranı və Suriya Konstitusiya Komissiyası barədə müzakirələr aparıblar.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Suriyanın ərazi bütövlüyünə dair Soçidə keçirilən zirvə toplantısında Əsəd rejimi təmsilçiləri, bitərəf və müxalif qüvvələr daxil olmaqla, 150 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması haqqında qərar verilib. Bununla əlaqədar 2018-ci il may ayında Astanada, dekabrda Cenevrədə, bu ilin aprelində isə Nursultanda Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR