Çavuşoğlu: “YPG-nin İŞİD-çiləri pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq”

Çavuşoğlu: “YPG-nin İŞİD-çiləri pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq”
  • Clock-gray 16:17
  • calendar-gray 28 Oktyabr 2019

“YPG-nin İŞİD terrorçularını pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu məsələ Türkiyə tərəfinin nəzarəti altındadır.

Nazirin sözlərinə görə, ABŞ tərəfindən YPG terrorçularının bölgəni tərk etmələri barədə yazılı məlumat verilib: “ABŞ-la apardığımız müzakirələrdə də bunu dedik. Bölgəni tərk etməyənlər olacaqsa, onları zərərsizləşdirəcəyik. Hərəkata fasilə verməyimiz, bölgədə qalan terrorçulara heç nə etməyəcəyimiz anlamına gəlməməlidir”.

Nazir deyib ki, Soçi razılaşmasına əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsini araşdırmaq üçün Rusiyadan hərbi heyət gələcək.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date