Cəbəllütariq Ali Məhkəməsi İrana məxsus neft tankerinin azad olunması haqqında qərar çıxarıb

Cəbəllütariq Ali Məhkəməsi İrana məxsus neft tankerinin azad olunması haqqında qərar çıxarıb
# 15 avqust 2019 18:52 (UTC +04:00)

İyulun 4-də İran bayrağı altında üzən və Britaniya dəniz qüvvələrinin köməyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılan “Grace-1” neft tankeri azad edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Cəbəllütariq Ali Məhkəməsi "Grace-1 " neft tankerinin azad olunması haqqında qərar çıxarıb.

iyulun 4-də İran bayrağı altında üzən “Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin köməyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib.

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR