Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatıb

Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatıb
# 20 iyul 2019 22:38 (UTC +04:00)


Cənubi Asiyada musson yağışları nəticəsində baş verən daşqınlar səbəbilə ölənlərin sayı 152-ə çatıb. Nepalda azı 90, Hindistanın Assam ştatında 50, qonşu Banqladeşdə isə 12 nəfər həyatını itirib.


APA “voice america”ya istinadla xəbər verir ki, üç ölkədə milyonlarla insan çətinliklərlə üzləşib. Daşqınlar nadir heyvanlar siyahısına düşən canlıların da məhvinə yol açır.

Assamda hökümət rəsmisi Şiv Kumar bildirib ki, Brahmaputra çayının aşıb “Kaziranga” Milli Parkına daxil olması nəticəsində 10 nadir rast gəlinən təkbuynuzlu kərgədan ölüb.

Ştat boyu təxminən 3700 kənddə 4.8 milyon insan daşqınların təsirinə məruz qalıb. Son 24 saatda yağışlar azalıb. Hindistanın Bihar ştatında da 2.5 milyondan çox insan daşqınlara məruz qalıb.

Rəsmilərin bildirdiyinə görə, 147 mindən çox insan hökümətin idarə etdiyi 755 düşərgəyə sığınıb.

Nepalın Ev Nazirliyi təxminən 36 728 ailənin musson yağışların təsiriə məruz qaldığını bildirib. Daşqınlar və torpaq sürüşmələri səbəbilə 13 min ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Nepalın azı iki rayonunda insanlara helikopterlər vasitəsilə ərzaq məhsulları çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR