Cənubi Koreya, Yaponiya və Çin xarici işlər nazirləri görüşəcəklər

Cənubi Koreya, Yaponiya və Çin xarici işlər nazirləri görüşəcəklər
# 16 avqust 2019 14:44 (UTC +04:00)

Cənubi Koreya, Yaponiya və Çin xarici işlər nazirləri görüşəcəklər.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş 20 – 22 avqust tarixlərində Pekində baş tutacaq.

Nazirliyin mətbuat xidməti Yaponiya və Cənubi Koreya xarici işlər nazirlərinin ayrıca görüşünün planlaşdırıldığını da bildirib.

Qeyd edək ki, son həftələrdə Yaponiya və Cənubi Koreya arasında ticarət əlaqələri gərginləşib.

Xatırladaq ki, üç ölkənin xarici işlər nazirləri arasında son üçtərəfli görüş 3 il əvvəl keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR