Çin ABŞ-ı Tayvanla bütün rəsmi əlaqələri dərhal dayandırmağa çağırıb

Çin ABŞ-ı Tayvanla bütün rəsmi əlaqələri dərhal dayandırmağa çağırıb
  • Clock-gray 13:17
  • calendar-gray 27 May 2019

Çin ABŞ-ı Tayvanla bütün rəsmi əlaqələri dərhal dayandırmağa çağırıb.

ONA-nın xəbərinə görə, Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lu Kan ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Tayvanın Milli Təhlükəsizlik Şurasının baş katibi Li Daveylə görüşünü şərh edərkən belə deyib. 

"Vahid Çin" prinsipi Çin-ABŞ əlaqələrinin siyasi əsasını təşkil edir. Biz ABŞ və Tayvan arasında rəsmi əlaqələrə qəti şəkildə qarşı çıxırıq”,- deyə Lu Kan bildirib. 

Qeyd edək ki, Con Bolton və Li Davey arasında danışıqlar Li Daveyin 13-21 may ABŞ-a səfəri zamanı baş tutub.
 

Digər xəbərlər

Arxiv

date