Çin Tayvana silah satan şirkətlərə sanksiya tətbiq edəcək

Çin Tayvana silah satan şirkətlərə sanksiya tətbiq edəcək
# 13 iyul 2019 12:37 (UTC +04:00)

Çin Tayvana 2.2 milyard dollar dəyərində silah-sursat satan ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyi bu satışın Çinin suverenliyini və milli təhlükəsizliyini zərbə altına qoyduğunu, o cümlədən beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu bəyan edib.

Qeyd edək ki, Pentaqon Tayvana silah satışının həyata keçirilməsi ilə bağlı qərarın ABŞ Dövlət Departamenti tərəfindən təsdiqləndiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR