Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayır

Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayır
# 29 iyul 2019 11:21 (UTC +04:00)

Bu həftə Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayacaq.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin dəniz təhlükəsizliyi agentliyi məlumat yayıb.

Agentlik təlimlərin başlayacağı gün barədə dəqiq məlumat verməsə də, bildirilib ki, Tayvanın qərbindəki Çinin Quanqdonq və Fujian əyalətlərinin sahilləri və həmçinin Tayvanın şimal şərqində yerləşən Çjetsyan əyalətinin sahilləri hərbi təlimlərə görə qapadılıb.

Qeyd edək ki, rəsmi Pekin ötən həftə yaydığı açıqlamada bildirib ki, Tayvanın Çindən ayrılması istiqamətində hər hansı addım atanlara qarşı müharibə aparmağa hazırdır.

Tayvan Müdafiə Nazirliyi Çinin hərbi təlimləri ilə bağlı bəyanatında bildirib ki, onlar vəziyyəti yaxından izləyirlər.

“Milli ordumuz müdafiə qabiliyyətini gücləndirməyə davam edir və ordu xalqın milli təhlükəsizliyini müdafiə etmək iqtidarındadır”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.

Xatırladaq ki, Tayvan may ayında genişmiqyaslı hərbi təlimlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR