Çin xarici işlər naziri: "ABŞ İrana qarşı kəskin təzyiqdən istifadə etməməlidir"

Çin xarici işlər naziri: "ABŞ İrana qarşı kəskin təzyiqdən istifadə etməməlidir"
# 18 iyun 2019 11:04 (UTC +04:00)

"ABŞ İranla bağlı məsələləri həll edərkən kəskin təzyiqdən istifadə etməməlidir".

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi mətbuat konfransında deyib.

“Biz bütün tərəfləri rasional və təmkinli hərəkət etməyə, bölgədə gərginliyi artıracaq addımlar atmamağa, "Pandora"nın qutusunu açmamağa çağırırıq. Xüsusilə də ABŞ özünün təzyiq metodlarını dəyişməlidir. İstənilən təktərəfli addımların beynəlxalq hüquqda əsası yoxdur", - deyə çinli nazir bildirib.

İranla nüvə sazişinin nüvə problemini həll edə biləcək mümkün vasitə olduğunu vurğulayan Vanq Yi “Biz ümid edirik ki, İran qərar verərkən diqqətli olacaq və bu sazişi düşüncəsiz bir şəkildə tərk etməyəcək", - deyə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR