Çində 5,4 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB

Çində 5,4 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB
# 08 sentyabr 2019 09:44 (UTC +04:00)

Çinin Sıçuan əyalətinin Neyszyan şəhər dairəsinin Veyyuan rayonunda baş verən 5,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, 215 evdə çatlar yaranıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Zəlzələ ölkənin digər şəhərlərində də hiss edilib. Çuntsin şəhərində 10 qatarın səfəri ləğv edilib. Hazırda mütəxəssislər dəmir yolu xəttində yoxlamalar aparırlar.

***

saat 08.44

Çinin Sıçuan əyalətində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Neyszyan şəhər dairəsinin təcili yardım idarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, səhər saatlarında baş vermiş zəlzələ zamanı 28 nəfər yaralanıb. Onlar həkimlər tərəfindən müayinə olunur. Bundan əlavə, bəzi binalar yer səthindəki dalğalanmalar səbəbindən çöküb.

Zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi qeyd olunur.

Hazırda xilasedicilər kütləvi çökmə yerlərində işləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR