Çində məktəbə hücum nəticəsində səkkiz uşaq ölüb - YENİLƏNİB

Çində məktəbə hücum nəticəsində səkkiz uşaq ölüb - YENİLƏNİB
# 03 sentyabr 2019 10:43 (UTC +04:00)

Çində bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalmış səkkiz uşaq aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

APA-nın məlumatına görə, hadisə sentyabrın 2-də Hubey vilayətinin Bayyanpin şəhərində qeydə alınıb.

Bilik gününü qeyd edən şagirdlərə qəflətən hücum edən şəxs onları bıçaqlamağa başlayıb. Polis uşaqlara hücum edən 40 yaşlı Yu adlı Çin vətəndaşını həbs edib.

Məlum olub ki, uşaqlara hücum edən Yu əvvəllər də “qətlə cəhd” ittihamı ilə həbs edilib.

Cinayətkarın bıçaq zərbələrinə hədəf olan daha iki uşaq hazırda Enşi şəhərində həkim nəzarətində saxlanılır. Onların vəziyyəti ağır qiymətləndirilir.

***

09.09

Çinin mərkəzi Hubey əyalətində ibtidai məktəbinə silahlı hücum edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin cəhdinə baxmayaraq, onlardan 8-i dünyasını dəyişib.

Hücum tədris ilinin ilk günü saat 08:00 radələrində olub. Polis cinayətkarı tez bir zamanda yaxalaya bilib. Cinayətkarın 40 yaşında yerli sakin olduğu məlum olub.

Lakin hadisənin hansı səbəbdən törədildiyi barədə heç bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR