Çində kafedə partlayış olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb

Çində kafedə partlayış olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb
  • Clock-gray 11:40
  • calendar-gray 13 Oktyabr 2019

Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub.

Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date