Çində sürücü yük maşınını kütlənin üstünə sürüb, 10 nəfər ölüb 

Çində sürücü yük maşınını kütlənin üstünə sürüb, 10 nəfər ölüb 
# 23 sentyabr 2019 04:38 (UTC +04:00)


Çinin Sianqtan şəhərinin mərkəzində yük maşınının sürücüsü idarə etdiyi avtomobili insanların üstünə sürüb.

APA "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Ölkənin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatında bildirilib ki, hadisə yerli vaxtla 08:40-da baş verib.
Yük maşınının sürücüsü saxlanılıb, hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR