Donald Tusk: "Avropa İttifaqı Fars körfəzindəki vəziyyətdən narahatdır"

Donald Tusk: "Avropa İttifaqı Fars körfəzindəki vəziyyətdən narahatdır"
# 21 iyun 2019 16:22 (UTC +04:00)

"Avropa İttifaqı Fars körfəzindəki vəziyyətdən narahatdır".

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuat konfransında bildirib.

“Düşünürəm ki, bəzən müdaxilə etməmək daha yaxşıdır. Tarixdə üzləşdiyimiz ən böyük problemlərə həmişə yürütdüyümüz aktiv siyasət səbəb olub. Fars körfəzindəki prosesləri yaxından izləyirik və vəziyyətdən narahatıq. Lakin bu mövzuda Avropanın xüsusi bəyanat verməsinə ehtiyac yoxdur”, - deyə Tusk əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR