Əfqanıstan Seçki Komissiyası 870 seçki məntəqəsi ilə əlaqəni itirib

Əfqanıstan Seçki Komissiyası 870 seçki məntəqəsi ilə əlaqəni itirib
# 28 sentyabr 2019 14:19 (UTC +04:00)

Əfqanıstan seçki komissiyası ölkədə olan 5373 seçki məntəqəsindən 870-si ilə kommunikasiya xətlərində yaranmış problemlə əlaqədar əlaqəni itirib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Seçki Komissiyasının nümayəndəsi Həbib ur-Rəhman Nanqa bildirib.

Məlumata görə, ölkənin kommunikasiya xidmətlərinin olmadığı Bədəxşan, Tahar, Kunduz və Bağlan vilayətlərində olan seçki məntəqələrindən xəbər alına bilmir. Bundan əlavə, Əfqanıstanın Seçki Komissiyasının sədri Həvva Aləm Nuristani bildirib ki, ölkədə 1331 seçki məntəqəsi hələlik açılmayıb.

Xatırladaq ki, bu gün Əfqanıstanda Prezident seçkiləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR