Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum edilib

Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum edilib
# 12 noyabr 2019 13:25 (UTC +04:00)

Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum edilib.

APA-nın "TOLO News" agentliyinə istinadən verdiyi xəbərə görə, Loqar vilayətində, Kabil - Paktiya magistral yolunda ABŞ hərbi konvoyunun yaxınlığında avtomobil partladılıb.

Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib.

Hələlik partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR