Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb
# 16 oktyabr 2019 04:56 (UTC +04:00)

Əfqanıstanın şimalında baş vermiş helikopter qəzasında 7 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Pajwok” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ölkənin silahlı qüvvələrinə məxsus “Mi-17” helikopteri qəzaya uğrayıb.

Məlumata görə, aviaqəza Mazari-Şərif şəhərinin yaxınlığındakı Hayratan bölgəsində qeydə alınıb. Nəticədə helikopterdə olanların hamısı ölüb. Onlardan 4 nəfəri ekipaj üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR