Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb

Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
# 14 sentyabr 2019 05:19 (UTC +04:00)

Əfqanıstandakı İŞİD liderlərindən biri, terrorçu qrupa yeni üzvlərin cəlb edilməsi vəzifəsini icra edən Həsən Pəncabi şərqdəki Nanqarhar əyalətinə edilən hava hücumu zamanı öldürülüb.

APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

“Gəncləri terror qruplaşması sıralarına cəlb etməklə, həmçinin sosial şəbəkələrdən istifadə edərək təbliğat materialları yaymaqla məşğul olan Pəncabi Nanqarhar əyalətinin şərqindəki Khoqyani rayonu ərazisinə edilən hava hücumu zamanı öldürülüb. Pəncabi Əfqanıstanda İŞİD-in əsas liderlərindən biri idi”, - deyə ölkənin Müdafiə Nazirliyi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR