Əfqanıstanda seçki mitinqində partlayışa görə məsuliyyəti “Taliban” üzərinə götürüb

Əfqanıstanda seçki mitinqində partlayışa görə məsuliyyəti “Taliban” üzərinə götürüb
# 17 sentyabr 2019 14:49 (UTC +04:00)

Əfqanıstanın Parvan vilayətində prezident Əşrəf Qəninin seçki mitinqində törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, partlayış nəticəsində Ə. Qəni xəsarət almasa da, ilkin məlumata görə, 24 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Xatırladaq ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR