Əfqanıstanda partlayış törədilib, 8 nəfər yaralanıb

Əfqanıstanda partlayış törədilib, 8 nəfər yaralanıb
# 08 oktyabr 2019 11:05 (UTC +04:00)

Əfqanıstanın şərqində, Qəzni vilayətində yerləşən universitetdə partlayış törədilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 8 nəfər xəsarət alıb.

Xəsarət alanların tələbə olduğu bildirilir.

Partlayışla bağlı hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR