Əli Babacan AKP-dən istefa verib

Əli Babacan AKP-dən istefa verib
# 08 iyul 2019 15:26 (UTC +04:00)

Əli Babacan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bununla bağlı keçmiş xarici işlər naziri yazılı bəyanat yayıb.

Qeyd edək ki, AKP-nin qurucularından olan Ə. Babacanın sabiq prezident Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR