Əli Əkbər Salehi: Sabah Buşəhr AES-in ikinci bölməsinin özülü töküləcək

Əli Əkbər Salehi: Sabah Buşəhr AES-in ikinci bölməsinin özülü töküləcək
# 09 noyabr 2019 21:42 (UTC +04:00)

Sabah Buşəhr Atom Elektrik Stansiyasının (AES) ikinci bölməsinin özülü - betontökmə işi həyata keçiriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün axşam Buşəhrdə jurnalistlərə açıqlamasında İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib.
O bildirib ki, betontökmə mərasimində atom Təşkiltaımın rəsmiləri və Rusiyalı Podratçı şirkətin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Buşəhr AES-in ikinci bölməsinin qazma işləri 3 il öncə başlayıb. Ərazidən 2.5 milyon kubmetr torpaq çıxarılıb. Betonlamaq üçün qurğuya 2500 ton armatur istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR