Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”

Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
# 17 iyun 2019 16:45 (UTC +04:00)

İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edib və çökdürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

O, kiberşəbəkənin aşkar edilməsində İran təhlükəsizlik orqanları ilə yanaşı, digər ölkələrin də təhlükəsizlik orqanlarının əməkdaşlıq etdiyini bildirib.

Xarici kiber şəbəkənin çökdürülməsini “ABŞ üçün kiberşəbəkə sahəsində utancverici uğursuzluq” adlandıran Ə. Şəmxani yaxın günlərdə bu şəbəkənin çökdürülməsi ilə bağlı geniş məlumat veriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR